Bakıda onlarla obyekti qarət etmiş quldur dəstəsi yaxalandı

Bakıda mağaza və digər obyektləri qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayından fevral ayının ötən dövrünədək olan müddətdə Zaur Nadirova, Rasim Həsənova, Məhəmmədəli Camalova, Zəminə Ağayevaya, Rəsmiyyə Hüseynovaya, Əlvida Nazirzadəyə məxsus mağazalardan, Emin Paşayevə məxsus aptekdən, Vüqar İsgəndərova, Könül Cəfərovaya məxsus gözəllik salonlarından pul, qızıl və geyim əşyaları oğurlamış Ağdaş rayon sakini Şahmurad Xudaverdiyev, Bakı şəhər sakinləri İbrahim Cəfərov və Əlsahib Bədəlov saxlanılıblar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların fevralın 9-na keçən gecə Nəsimi rayonu M.Cəfərov küçəsində Bakı şəhər sakini Rauf Mustafayevə məxsus restorandan açar seçmək yolu ilə 3 ədəd mobil telefon oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31