Bakıda bir ailə dəm qazından zəhərləndi, 9 nəfər xəstəxanaya yerləşdirildi
10 Fevral 2014 14:56 KriminalBakıda bir ailə dəm qazından zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 9-da baş verib. Sabunçu rayonu ərazisində yaşayan Elnarə Şirinova, oğlanları Rauf və Anar evlərində dəm qazından zəhərlənib. Ailə üzvləi xəstəxanaya yerləşdirilib. Həmin gün Sumqayıt şəhər sakini Qönçə Həsənova, Ağcabədi rayon sakini Mehri Əliyeva, Gəncə şəhər sakini Zülfiyyə Süleymanova dəm qazından, Sumqayıt şəhər sakini Xatirə Hüsiyeva dərmandan, Cəlilabad rayon sakini Seymur Bədəlov və Yusif Quliyev alkaqoldan zəhərlənmələrlə xəstəxanalara gətiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31