Gəncədə kafedə qətl, qardaş bacısını öldürdü

Gəncədə kafedə qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 8-də Gəncə şəhəri Həsən Əliyev küçəsində baş verib. Həmin küçədə yerləşən çayxanada şəhər sakini, əvvəllər məhkum olunmuş Ürfət Qədimov qısqanclıq zəminində orada işləyən bacısı Aytacı bıçaqla qətlə yetirib. Ü.Qədimov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək təslim olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31