Neftçalada bələdiyyə binasında faciə

Neftçala rayonunda bələdiyyə binasında faciə baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 8-də Sabirabad rayon sakini Ağa Mahmudov Neftçala rayon bələdiyyəsinin inzibati binasında təmir işləri apararkən 3-cü mərtəbədən yıxılaraq ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31