Qusarda bir ailə zəhərləndi
10 Fevral 2014 13:42 KriminalFevralın 8-də Qusar rayonunda bir ailənin 3 üzvü zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayon sakini Ramella Əliyarova, oğlu İdris və qızı Maya qidadan zəhərlənmə ilə xəstəxanalara gətirilib. İlkin məlumata görə, ailə balıqdan zəhərlənib. Həmin gün Sumqayıt şəhər sakinləri Yaqut İsayeva, Leyla Məmmədova, Ülkər Məmmədova, Nəzakət Həmzəyeva, Abşeron rayonu Saray qəsəbə sakini İncəxanım Abbasova, Sulutəpə qəsəbə sakini Günay Əzizova dəm qazından, Masazır kənd sakini Saqi Kamalzadə dərmandan zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31