Anası məhkuma narkotik ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 saylı cəzaçəkmə müəssisəsidə saxlanılan məhkumda narkotik maddə aşkar edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Etibar Əfsər oğlu İlyasovun yanına qısamüddətli görüşə gəlmiş anası Nazilə Nəcəf qızı İlyasovanın üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı pul qabının içindən sellofan paketə bükülmüş və xalis çəkisi 0.45 qram olan narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31