Məhkumun alt paltarından telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumun üzərində telefon aşkar edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş, etapla Qobustan həbsxanasına daxil olmuş İbrahim Rasim oğlu Novruzovun üzərinə baxış keçirilib. Baxış zamanı onun alt paltarında gizlətdiyi və daxilində danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31