Azərbaycanda əsgər yoldaşını güllələdi
“N” saylı hərbi hissəsinin əsgəri 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açıb
10 Fevral 2014 12:13 KriminalÖtən gecə Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını ehtiyatsızlıq nəticəsində güllələyib. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri 20 yaşlı Zamin Malik oğlu Məmmədovun tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açıb. Açılan atəş nəticəsində güllə onun əsgər yoldaşı, 20 yaşlı Elnur Sahib oğlu Əhmədova dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Ehtiyatsızlıq nəticəsində yaralanan Elnur Əhmədov Tovuz rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Onu vuran əsgər Zamin Məmmədov isə Qubadan çağırılıb. ans