Müşfiq Qayıbov 8 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməyə cəhddə ittiham olunan Qobustan rayon sakini Müşfiq Qayıbovun məhkəməsi başa çatıb. Məhkəmənin hökmü ilə Müşfiq Qayıbov 8 il müddətinə azadlıqdan məhrum edilib. "OLAYLAR"-ın məlumatına görə, təqsirləndirilən şəxs ötən ilin sentyabrın 27-də Maştağa qəsəbə sakini 26 yaşlı Vüqar Həsənov və 27 yaşlı  Afiəddin Kərimovu bıçaqlayaraq öldürməyə cəhd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31