Ucarda dəhşət: ana 7 yaşlı qızının zorlandığını iddia edir

Ucarda dəhşətli zorlanma hadisəsi baş verib.  Rayon polis şöbəsindən Lent.az-a verilən məlumata görə, Ucar şəhəri M. Ə. Sabir küçəsi ev 10-da qeydiyyatsız olaraq  yaşayan Rusiya Federasiyasının vətəndaşı 34 yaşlı Volodina Natalya Vasilyevna ərizə ilə müraciət edərək qeyri-rəsmi ər-arvad münasibətində olduğu  Ucar şəhər sakini 46 yaşlı İbrahimov Sahib Əlsəmid oğlunun onun 7 yaşlı qızı P. S-nı zorladığını bildirib.

Rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S. İbrahimov tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Ucar rayon prokurorluğunda da araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31