Narkotika alverçisinin avtomobil oğurluğu üzə çıxdı
7 Fevral 2014 14:44 KriminalBakıda narkotika alveri ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də narkotik vasitə ilə tutulmuş Ağsu rayon sakini Taleh Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 30-da Dosməmməd Səlimova məxsus "Reunalt" markalı avtomobili qaçırması, bu il fevralın 4-də özünə məxsus "BMW" markalı avtomobilin dövlət qeydiyyat nişanlarını həmin avtomobilə bağlayaraq tanışı, Xaçmaz rayon sakini Səməd Əzizova verməsi müəyyən edilib. S.Əzizov həmin avtomobillə Xaçmaz rayonu istiqamətində hərəkətdə olarkən Xaçmaz PRŞ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.