Bakı sakini küçədə komaya düşdü

Bakı sakini paytaxt küçəsində komaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə fevralın 6-da Nəsimi rayonu ərazisində baş verib. Alı Mustafayev küçəsindən 50-55 yaşlı kişi koma halında xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq xəstə həmin gün orada ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31