Şadlıq evində qan töküldü
7 Fevral 2014 13:33 KriminalGöyçayda şadlıq evində bıçaqlanma hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 6-da Göyçay rayonunun Cəyirli kəndi ərazisindəki "Cənnət" şadlıq evinin qarşısında rayon sakini Tərlan Rüstəmov münaqişə zəminində kənd sakini Elxan Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Göyçay RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31