Tanınmış istirahət mərkəzində fahişəxana aşkarlandı
7 Fevral 2014 13:32 KriminalAzərbaycanda daha bir tanınmış istirahət mərkəzindəı fahişəxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bürcəli kənd sakinləri Əkrəm Həbibovun və Kamil Hüseynovun gəlir əldə etmək məqsədi ilə işlədikləri Hirkan kəndinin ərazisində yerləşən "Xanbulan Villa-Lyuks" istirahət mərkəzində əxlaqsızlıq yuvası təşkil etmələri müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31