Sabah 20 dərəcə şaxta olacaq

Bakıda axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə yağıntılı olacağı gözlənilir

Sabah Bakıda dumanlı hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, səhər yarımadanın bəzi yerlərində zəif duman, axşam havanın tutulacağı, gecəyə doğru bəzi ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 8-də gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında Lənkəran, Astara bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31