Qadın məhkum qardaşına telefon ötürmək istədi
7 Fevral 2014 11:52 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının təsərrüfat briqadasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Xalis Əliheydər oğlu Novruzovun bacısı Mahirə Əliheydər qızı Novruzovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisindən daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Fly" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31