Masallı şəhərində vətəndaşa məxsus sexdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 600 kv.m olan dülgər sexinin qurutma otağının tavanı və çardağı 10 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31