Sumqayıt sakinindən tapança çıxdı

Elbrus Hümbətovdan həmçinin 2 ədəd patron və 1 ədəd patron darağı müsadirə olunub

Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbə sakinindən silah sursat götürülüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı müsadirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31