“Opel-Vectra” ilə “Chevrolet-Niva” markalı avtomaşınlar toqquşub

Xəsarət alanlar var

İyulun 23-də Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, hadisə nəticəsində insan tələfatı olmasa da sürücü və sərnişinlər ciddi xəsarət alıb. Məlumata görə, Füzuli rayon sakini Sabit Rəsulovun idarə etdiyi "Opel-Vectra" markalı və Şirvan şəhər sakini Arif Saqiyevin idarə etdiyi "Chevrolet-Niva" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A.Saqiyev, habelə S.Rəsulovun sərnişinləri - Bakı şəhər sakinləri Elnarə İbişova və onun əri Afiq xəstəxanaya yerləşdiriliblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31