DİN universitet müəllimi və arvadının faciəsi barədə məlumat yaydı

Azərbaycan Tibb Universitetinin müəllimi Nizami Babayev və həyat yoldaşı Həqiqət Babayeva faciəli şəkildə dünyalarını dəyişib

Daxili İşlər Nazirliyi Bakıda ər və arvadın dəm qazında boğulması faktı ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, ötən gün Azərbaycan Tibb Universitetinin müəllimi Nizami Babayev və həyat yoldaşı Həqiqət Babayeva faciəli şəkildə dünyalarını dəyişib.

Universitet müəllimi və onun həyat yoldaşının meyidi Yasamal rayonu Hüseyn Cavid prospektindəki mənzillərində tapılıb. Araşdırmalar zamanı onların dəm qazından zəhərlənərək öldükləri məlum olub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31