Xaçmazda qatarla minik maşını toqquşub
6 Fevral 2014 15:26 KriminalXaçmaz rayonu, Nərəcan kəndi ərazisində, dəmiryolu keçidində qəza baş verib. Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Murad Paşayevin idarə etdiyi yük qatarı Xaçmaz rayonu Mançaroba kənd sakini, 38 yaşlı Ağamirzəyev Vəlirza Canmirzə oğlunun idarə etdiyi 10 CV 213 dövlət nömrə nişanlı "VAZ 2105" markalı minik maşınını dəmiryolu keçidində vurub. Hadisə zamanı "Vaz 21 05" relslərdən 5-6 metr kənara düşüb. Qəza vaxtı maşında olan iki nəfər, sürücü Mançaroba kənd sakini 38 yaşlı Vəlirza Ağamirzəyev və sərnişin 32 yaşlı Uzunoba kənd sakini Elşad Hacıyev müxtəlif bədən xəsarətləri alıb. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31