Narotika alverçisi külli miqdarda narkotika satarkən yaxalandı
6 Fevral 2014 15:12 KriminalAzərbaycanda daha bir narkotika alverçisi külli miqdarda narkotik maddə ilə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Hacı Baklarov 1 kiloqram 230 qram marixuananı 3300 dollara satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31