Telefon oğrusu tutuldu

Yanvarın 31-nə keçən gecə, Binəqədi şossesində 3 nəfər naməlum şəхs Göyçay rayon sakini Bəhlul Cavadovu döyərək cibindən 4000 manat pulunu və mobil telefonunu götürüb getmişlər. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Sürət Məmmədov, Abşeron rayon sakinləri Pərvin Əlizadə və Yunis Quliyev tutulmuşlar.

***

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İlkin Şahbazovdan 485 qram mariхuana aşkar edilərək götürülmüşdür. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31