Liftdə qalan xilas edilib
23 İyul 2012 15:40 KriminalXətai rayonunda liftə qalan vətəndaş xilas edilib. "OLAYLAR"-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində qalan 1 nəfər Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən xilas edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 5-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31