Ot tayasında baş verən yanğın...

2 ton otun yanması ilə nəticələnib

Bərdə rayonunda ot tayasında baş verən yanğın söndürülüb. "OLAYLAR"-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bərdə rayon Hacıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31