Bakıda anasına dəhşətli zərbə vuran 15 yaşlı qız: “Həyatını Emil üçün davam elə”

Ötən gün paytaxtda dəhşətli intihar hadisəsi baş verib

Ötən gün 18:30 radələrində Bakının Nəsimi rayonu ərazisində 15 yaşlı qız özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Nəsimi rayon prokurorunun köməkçisi Şəbnəm İbrahimovanın verdiyi məlumata görə, Süleyman Rüstəm küçəsi 41, mənzil 29 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Çinarə Samir qızı Əliyeva hadisə yerində dünyasını dəyişib. Məlumat çatan kimi, dərhal hadisə yerinə hüquq-mühafizə orqanları, polis, təcili yardım və prokurorluq əməkdaşları cəlb olunub. İlkin baxış zamanı Çinarə Əliyevanın cibindən məktub tapılıb. Məktubda qızın həyatdan bezdiyi və ölümündə heç kimin günahkar olmadığı qeyd olunub. Qız məktubu anasına yazıb. "Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə", - deyə Çinarə Əliyeva məktubunda qeyd edib. Qızın intihar etməsinin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq. Hazırda qızın anası, yaxınları dindirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31