Tibb Universiteti təsdiqlədi: “Dəm qazından boğulan hər 2 şəxs bizim müəllimlərdir”
6 Fevral 2014 12:38 KriminalTibb Universitetinin mətbuat xidmətindən Modern.az saytına bildirib ki, ötən gecə evindən meyiyi tapılan hər iki şəxs həqiqətən bu ali məktəbin müəllimləridir.
Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Modern.az-a belə deyib. "Həqiqət Xudaverdiyeva Tibb Universitetində sosial gigiyenadan, həyat yoldaşı Nizami Babayev isə əczaçılıq kimyası fənnindən dərs deyirdi".
Xatırladaq ki, ötən gecə paytaxtın Hüseyn Cavid prospektində yerləşən binada 2 nəfər dəm qazından boğulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31