Qubada “UAZ” 3 nəfərlə sürüşüb çaya aşdı

Qubada yük maşını buzlu yolda sürüşüb çaya düşüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonu, Qorxmazoba kəndi ərazisindən keçən hissəsində minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "UAZ" markalı minik avtomobili yolun buzlu olması səbəbindən çaya düşüb. Nəticədə avtomobilin sürücüsü və iki sərnişin köməksiz vəziyyətdə qalıb. Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən vətəndaşların təhlükəsiz əraziyə çıxmalarına şərait yaradılıb. Əməliyyat saat 20:48-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31