Şirvanda 87 yaşlı qadın yataqxanada yanıb öldü
6 Fevral 2014 12:25 KriminalAzərbaycanda yaşlı qadın yataqxanada yanıb ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Şirvan şəhərində vətəndaşa məxsus 5 mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 12 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 3 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı mənzildən 1927-ci il təvəllüdlü Həsənova Ruqiyyə Əvəz qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Yanğın saat 17:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31