Saxta diplom aşkar edilib
5 Fevral 2014 18:27 KriminalBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Gəncə Dövlət Universitetindən Rüfət Şərifovun adına verilmiş diplomun saxta olması barədə araşdırma aparılıb. İdarədən "OLAYLAR"-a daxil olan məlumata görə, Təhsil Nazirliyindən daxil olmuş material əsasında aparılan araşdırma zamanı Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu Rüfət Şərifovun birinci ali təhsili haqqında 2009-cu ildə Gəncə Dövlət Universitetini bitirməsinə dair diplomunun dövlət nümunəli olmadığı aşkarlanıb. Həmçinin Bakı şəhər sakini Nərgiz Məmmədovanın 2007-ci ildə R.Şərifovun Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirilməsi adı altında sonuncunun anasından 23 min manat məbləğində pul almasında şübhələr üçün əsaslar olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlayıb. Hazırda iş üzrə istintaq davam etdirilir.