Qadın QHT rəhbəri döyülüb
Gülnarə Əmiraslanova: “Döyülmə ilə bağlı polisə məlumat vermək istəsəm də bir nəfər polis nümayəndəsinə rast gəlmədim”
23 İyul 2012 15:15 Kriminal"Davamlı İnkişaf" Gənclər Təhsil Təlim Maarifləndirmə İctimai Birliyinin sədri Gülnarə Əmiraslanova döyülüb. G.Əmiraslanova "OLAYLAR"a açıqlamasında bildirib ki, iyulun 22-də Buzovna qəsəbəsində Zuğulba çimərliyində istirahət zamanı sərxoş və özündə olmayan, tanımadığı insanlar tərəfindən təzyiqlərə məruz qalıb. Təhqir olunub: "Zuğulbada qızım və iki yaxın qohumlarımla istirahət zamanı 3 nərəf tanımadığımız insanlar istirahətimizi pozmağa çalışırdı. Bu proses müəyyən müddət çəkdi. Sonradan mən onların bu hərəkətinə görə, etiraz edəndə onlar birinci məni təhqir etdilər. Sonra isə fiziki təsir göstərdilər. Təəsüf ki, həmin insanların hərəkətlərinə hamı həsədlə baxırdı. Bir nəfər də olsun köməyə gəlmədi". G.Əmiraslanova onu da dedi ki, döyülmə ilə bağlı polisə məlumat vermək istəsə də istirahət mərkəzində polis nümayəndələri olmadığından bunu edə bilməyib: "Mən baş verən hadisə ilə bağlı polisə məlumat vermək istədim. Ancaq baxdim ki, ərazidə bir dənə də olsun polis nümayəndəsi yoxdur. Sonradan polis əraziyə 40-50 dəqiqəyə gəldi. Bizi ərizə yazmaq üçün Xəzər Rayonun 2-ci polis bölməsinə apardılar