Biləsuvarda 5 otaqlı ev yanıb
5 Fevral 2014 16:32 KriminalBiləsuvar şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin, 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə və dam örtüyü 10 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31