Özünü beşinci mərtəbədən atmaq istəyən xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Dərhal Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji danışıqlar nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31