Bakıda hündürmərtəbəli binadakı partlayışda yaralananlardan biri öldü

12-ci mərtəbədəki partlayış zamanı yerindən çıxan pəncədə çərçivəsi həyətdəki maşınların üstünə düşüb

Bakıda yüksəkmərtəbəli binanın 12-ci mərtəbəsində baş verən partlayışda yaralananlardan biri ölüb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, partlayışın ilkin səbəbi də bəllidir.

Partlayış nəticəsində həmin mənzildə usta işləyən 2 nəfərdən biri - 1960-cı il təvəllüdlü Xosrov Nizaməddin oğlu Əliyev xəstəxanada ölüb. İlkin ehtimala görə, partlayışa texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan dördotaqlı mənzilin yataq otağında təmir işləri aparılan zaman partlayış baş verib. Yanğın hadisəsi olmasa da, yüksək temperaturdan 0,5 kv.m sahədə döşəmə və 1 ədəd "Mitsubishi" markalı kondisioner qarsalanıb, pəncərə çərçivəsi yerindən çıxaraq həyətdə dayanan 2 ədəd minik avtomobilinin üstünə düşüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31