Xəzər rayonunda bağ evi yanıb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli, 2 otaq və taxta konstruksiyalı aynabəddən ibarət bağ evinində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin aynabəndi 30 kv.m sahədə və 1 otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31