30 yaşlı qadını küçədə zorlayan manyak, sonra onun rəfiqələrinə təcavüz etdi

Qadınların şikayəti əsasında həbs olunan manyak ömürlük azadlıqdan məhrum edilə bilər

Türkiyənin İstanbul şəhərində ağlasızmaz zorlanma hadisəsi baş verib. ANS PRESS-in "Milliyyet.com" saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı M.K. işdən evə gedərkən naməlum kişi tərəfindən təqib olunmağa başlanıb. Qadını təqib edən kişi onu avtobus dayanacağında yaxalayıb. Qadına hücum edən kişi əvvəlcə onun ağzını əllərilə tutub. Daha sonra qadını dayanacağın yanındakı binanın girişinə aparıb və orada qadını zorlayıb. Daha sonra qadının çantasını və mobil telefonunu əlindən alıb.  Hadisə yerindən qaçan kişi sonradan qadının telefonu ilə onun rəfiqələrinə zəng vurub O, M.K.-nın rəfiqələrini ayrılıqda müəyyən yerlərə çağırıb və onları zorlayıb. Bəzi qadınlara isə telefon vasitəsilə söyüb və əxlaqsız təkliflər edib. Qadınların şikayəti əsasında həmin kişinin kimliyi müəyəyn olunub. Polis qadın manyakının 27 yaşlı F.B. olduğunu araşdırıb.
İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində F.B. internet klublarının birində saxlanılıb. Onu məhkəməyə təhvil veriblər.

Qeyd edək ki, həmin şəxsin günahı tam sübuta yetirilərsə, onun 17 ildən başlayaraq, ömürlük həbs cəzasına layiq görülə biləcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31