Ağdaşda iki otaqlı ev yanıb

Ağdaş rayonu, Qulbəndə kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Gövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq, eyvandan ibarət evin dam örtüyü, 1 otağının tavanı 45 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31