Sumqayıtda pomidordan kütləvi zəhərlənmə, 5 nəfərlik ailə xəstəxanaya yerləşdirildi
4 Fevral 2014 13:59 KriminalSumqayıtda kütləvi zəhərlənmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 3-də Sumqayıt şəhərində yaşayanlar Qabil Həmidov, arvadı Şükufə, gəlini Samirə, nəvələri Sevda və Aytac qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Fevralın 3-də Sumqayıt şəhər sakinləri Gülmira Abbasova dəm qazından, Natəvan Yusifova, Fərid Laçınov, Göygöl rayon sakini Lalə Məmmədova dərmandan, Tərtər rayon sakini Leyla Abbasova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31