Gəncədə partlayış, 4 nəfər yaralandı
4 Fevral 2014 13:58 KriminalGəncədə yaşayış evində partlayış olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, fevralın 3-də saat 14.30 radələrində Gəncə şəhəri Sevinc qəsəbə sakini Leyla Həsənovanın evində təbii qazın sızmasından ani partlayış baş verib. Dağıntı olmamış, xəsarət almış L.Həsənovaya, qızı Könülə, oğlu Raminə və nəvəsi Leylaya xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31