Adam oğurluğu ilə məşğul olan şəxs Bakıda yaxalandı

Bakıda adam oğurluğu ilə məşğul olduğu üçün axtarışa verilən şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Ələkbər Osmanov, 162 və 126-cı maddələri (quldurluq və adam oğurluğu) ilə axtarışda olan Kamran Qafarov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31