Saatlıda 2 otaqlı ev yandı

Saatlı rayonu, Mircəlal kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 102 kv.m olan birmərtəbəli, 2 otaq və 1 aynabənddən ibarət evin 1 otağınının çardağının və dam ortüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31