Bakıda körpənin başı dəmir barmaqlıqda qaldı
4 Fevral 2014 13:13 KriminalFövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakıda azyaşlını ölümdən qurtarıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda azyaşlı uşağın başı mənzilin pəncərəsində olan dəmir barmaqlıqlar arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə, pəncərənin dəmir barmaqlığını kəsərək, azyaşlının xilas olunmasını təmin etmiş və aidiyyəti üzrə təhvil verib. əməliyyat saat 23:09-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31