Bakıda dəhşətli qəza, sürücü avtomobildə diri-diri yandı

Bakıda dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, paytaxtın Xəzər rayonunda "Volqa" və "AzSamand" markalı minik avtomobilləri toqquşub. Nəticədə, hər iki avtomobil ağır deformasiyaya uğrayaraq yanmağa başlayıb. Dövlət Yanğından  Muhafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürüldükdən sonra xilasedicilər əməliyyata başlayıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə "Volqa" markalı minik avtomobilindən yanmış cəsədi çıxararaq, aidiyyəti üzrə təhvil verib.  Əməliyyat saat 04:41-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31