Kameranın istilik borusundan telefon çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 67.1; 68.1.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Firdovsi Elşad oğlu Mustafayevin saxlandığı kameraya baxış keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı kameradakı istilik borusunun arxasında düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31