İstintaq təcridxanasında dərman həbləri aşkar edildi
4 Fevral 2014 11:30 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin üzərində dərman həbləri aşkar edilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Kamran Barat oğlu Məmmədovun üzərinə baxış keçirilərkən, əynində olan gödəkçənin cibindən şəffaf sellofan bükülüdə 16 ədəd yaşıl rəngli "Tramadol" həbləri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31