“Qaynar xətt”ə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlanıb

Bakı şəhər sakini Həsən Talıblının  "Zaminbank" ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırmalarla cəmiyyətin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Həsən Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə),  308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31