Bakıda fahişəliklə məşğul olan qadın tutuldu
Qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb
3 Fevral 2014 17:02 KriminalBakıda fahişəliklə məşğul olan qadın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı şəhər sakini Aysel Allahverdiyevanın Xocəsən qəsəbəsinin ərazisində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib. Aparılan əməliyyat zamanı A.Allahverdiyeva salanılıb.
Qeyd edək ki, qadın İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31