Azərbaycanda 300-dən çox sahibkarın malı yandı

Yanğının səbəblərini və nəticələrini araşdıran Bakıdan xüsusi komissiya gəlib

Bu gecə saat 02:40 radələrindən Şəki şəhərində mərkəzi bazarda baş verən dəhşətli yanğınla bağlı Bakıdan xüsusi komissiya ayrılıb. Hazırda komissiya artıq Bakıdadır. Hazırda Fövqəladə Hallar Nazirliyinin istintaq qrupu hadisə yerində araşdırmalara başlayıb.  İlkin məlumatlara görə, hadisə zamanı 300-dən çox sahibkarın obyekti yanıb. Sahibkarların sözlərinə görə, ən azından hər sahibkarın 10 min manatlıq malı yanıb.  Hazırda polis tərəfindən bütün obyektlər nəzarətdə saxlanılır.Hələlik yanğının nə səbəbdən baş verməsi məlum deyil.

Qeyd edək ki, bu gecə saat 02:51 radələrindən Şəki şəhərində mərkəzi bazarda dəhşətli yanğın baş verib.Yanğın çox güclüdür.   Hadisə yerinə Şəki şəhər Yanğından Mühafizə Alayının yanğınsöndürənləri cəlb olunsa da, alovu ram etmək mümkün olmayıb. Bu səbəbdən Oğuz, Qax, Qəbələdən də kömək üçün yanğınsöndürənlər cəlb olunub. Yanğın saat 06:57 radələrində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31