Məhkumun cibindən telefon çıxdı
3 Fevral 2014 11:49 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Aslan oğlu Sarızadənin üzərində telefon aşkar edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.1 maddəsi ilə təqsirli bilinərək 9 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramil Aslan oğlu Sarızadənin üzərinə baxış keçirilərkən, əynində olan gödəkçənin cibindən 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31