Məhkumun çarpayısında telefon aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkumda telefon aparatı aşkar edilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 317-2.1 maddələri ilə təqsirli bilinərək 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Samid Firuddin oğlu Həsənovun üzərinə və saxlandığı kameraya baxış keçirilib. Baxış zamanı ona məxsus çarpayıda döşəyin altından daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia-105" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31